...

Azərbaycanda 75 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Cəmiyyət Materials 10 İyun 2021 16:31 (UTC +04:00)
Azərbaycanda 75 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 281 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 992 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 907 nəfər müalicə olunaraq sağalıb, 4 951 nəfər vəfat edib, aktiv xəstə sayı 2 134 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 618, ötən müddət ərzində isə ümumilikdə 3 597 849 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti