...

COVID-19-u gizli keçirənlər sertifikat ala bilmir - Naqif Həmzəyev (VİDEO)

Cəmiyyət Materials 11 İyun 2021 18:45 (UTC +04:00)
COVID-19-u gizli keçirənlər sertifikat ala bilmir - Naqif Həmzəyev (VİDEO)

Bakı. Trend:

Bəzi vətəndaşlar COVID-19-u gizli keçiriblər və onlar indi immunitet sertifikatı ala bilmir.

Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, aidiyyəti komitə və dövlət qurumlarının bu məsələyə diqqət etməsini istəyir: “Bu sahədə boşluqlar var. Hazırda hamı kütləvi şəkildə vaksinasiya olunur, COVID-19 pasportu alır. Ancaq xəstəliyi gizli keçirənlər də olub və onlar immunitet sertifikatı ala bilmir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti