...

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu ilə vida mərasimi keçirilib

Cəmiyyət Materials 13 İyun 2021 12:16 (UTC +04:00)
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu ilə vida mərasimi keçirilib

Bakı. Trend:

İyunun 13-də Rus Pravoslav Kilsəsində tanınmış din xadimi, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Rus Pravoslav Kilsəsinin Şuralararası İdarəsinin üzvü Aleksandr İşeinlə vida mərasimi keçirilib.

Trend-in məlumatına görə, Aleksandr İşein Birinci Fəxri xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Aleksandr İşein iyunun 10-da ömrünün 69-cu ilində vəfat edib.

Din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilən Arxiyepiskop 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni, 2015-ci ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti