...

Minlərlə insan şəhid Xudayarı ziyarətə axışdı - Bu gün ad günüdür (Trend TV)

Cəmiyyət Materials 15 İyul 2021 16:00 (UTC +04:00)
Minlərlə insan şəhid Xudayarı ziyarətə axışdı - Bu gün ad günüdür (Trend TV)

Bərdə. Aslan Məmmədli – Trend:

44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan - döyüş meydanlarında oxuduğu mahnılarla milyonların ürəyində dastana çevrilən Xudayar Yusifzadənən doğum günüdür.

Trend xəbər verir ki, bu gün minlərlə insan Bərdə rayonundakı Şəhidlər Xiyabanında Xudayarın qəbrini ziyarət ediblər. Şəhidin ailə üzvləri, yaxınları, qohumları, dostları, döyüş yoldaşları, həmçinin Bərdə və ətraf rayonlardan olan insanlar xiyabana axışıb.

Xudayarın ruhuna dualar oxunub, məzarı üstünə gül dəstələri qoyulub. Sonra insanlar şəhidin evini ziyarət edib, ailə üzvləri ilə görüşüblər.

Trend TV-nin Qarabağ bürosunun lentə aldığı görüntüləri təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti