...

Son 3 ildə sosial ödənişlər 60 faizdən çox artıb

Cəmiyyət Materials 28 İyul 2021 16:08 (UTC +04:00)
Son 3 ildə sosial ödənişlər 60 faizdən çox artıb

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycanda sosial ödənişlər son üç ildə 60 faizdən çox artıb.

Bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib. Məlumata görə, son üç ildə Azərbaycanda minimum pensiya – 82 faiz, orta pensiya – 60 faiz, orta müavinat – 100 faiz və ünvanlı sosial yardım – 72 faiz artıb.

Hazırda yaşayış minimumu 196 manat olduğu halda, orta pensiya 360 manat və minimal əmək haqqı 250 manat təşkil etməklə yaşayış minimumunu üstələyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti