...

İyunda güzəştli şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Cəmiyyət Materials 30 İyul 2021 09:32 (UTC +04:00)

Bakı. Çingiz Səfərli -Trend:

2021-ci ilin iyun ayında güzəştli şərtlərlə əmək pensiyası alanların sayı 127 min nəfərdən çox olub.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Məlumata görə, onlardan 97 min nəfərdən çoxu yaşa görə, 16,5 min nəfərdən çoxu əlilliyə görə, 13,5 min nəfərdən çoxu ailə başçısını itirməyə görə əmək pensiyası alanlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti