...

Azərbaycanda 431 nəfər koronavirusa yoluxub, 139 nəfər sağalıb

Cəmiyyət Materials 2 Avqust 2021 16:15 (UTC +04:00)
Azərbaycanda 431 nəfər koronavirusa yoluxub, 139 nəfər sağalıb

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 344 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 267 nəfər müalicə olunaraq sağalıb, 5 030 nəfər vəfat edib. 6 654 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 238, bu günə qədər isə ümumilikdə 4 049 978 test icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti