...

İyulda sosial müavinət və təqaüd alanların sayı açıqlanıb

Cəmiyyət Materials 9 Avqust 2021 09:37 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

2021-ci ilin iyul ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 688 min nəfərdən çox olub.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Məlumata görə, onlardan 392 min nəfərdən çoxu müavinət, 296 min nəfərdən çoxu isə təqaüd alıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-iyul ayları ərzində 68 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub.

Twitter:@cingizsafarli

Xəbər lenti

Xəbər lenti