...

Azərbaycanda 3 788 nəfər koronavirusa yoluxub, 44 nəfər vəfat edib

Cəmiyyət Materials 31 Avqust 2021 17:14 (UTC +04:00)
Azərbaycanda 3 788 nəfər koronavirusa yoluxub, 44 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 788 yeni yoluxma faktı qeydə alınıb, 3 228 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 44 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 424 891 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 366 126 nəfər müalicə olunaraq sağalıb, 5 636 nəfər vəfat edib, aktiv xəstə sayı 53 129 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 693, ötən müddət ərzində isə ümumilikdə 4 461 937 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti