...

Tramp Tokayevə Ağ Evin açarını hədiyyə edib (FOTO)

Dünya xəbərləri Materials 23 Dekabr 2025 09:36 (UTC +04:00)
Tramp Tokayevə Ağ Evin açarını hədiyyə edib (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan lideri Kasım-Jomart Tokayevə Ağ Evin simvolik açarını, həmçinin üzərində imzası olan beysbol papağını hədiyyə edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə iki liderin noyabr ayında keçirdiyi görüşün yekunlarını şərh edən prezidentin mətbuat katibi Ruslan Jeldibay öz "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, Amerika lideri hədiyyələri Qazaxıstan Respublikasının ABŞ-dəki səfiri ilə görüş zamanı təqdim edib.

Bundan əlavə, Tramp Tokayevə səmimi arzularını çatdırıb və onu “əla insan, beynəlxalq prosesləri dərin və ölçülüb-biçilmiş şəkildə anlayan təcrübəli dövlət xadimi” kimi xarakterizə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti