...

Misir millisi qələbə qazanıb - Afrika Millətlər Kuboku

İdman Materials 23 Dekabr 2025 07:29 (UTC +04:00)
Misir millisi qələbə qazanıb - Afrika Millətlər Kuboku

Bakı. Trend:

Misir futbol millisi Afrika Millətlər Kubokunun qrup mərhələsinin ilk turunda Zimbabve komandasını 2:1 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, turnir Mərakeşdə keçirilir.

Misir komandasından Ömər Marmuş (64-cü dəqiqə) və Məhəmməd Salah (90+1), Zimbabve komandasından isə Prins Dube (20) qol vurublar.

Növbəti turda Misir Cənubi Afrika ilə, Zimbabve isə Anqola ilə qarşılaşacaq. Hər iki oyun dekabrın 26-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti