...

Tramp Kolumbiyanı dərhal narkotik istehsalını dayandırmağa çağırıb

Dünya xəbərləri Materials 23 Dekabr 2025 08:03 (UTC +04:00)
Tramp Kolumbiyanı dərhal narkotik istehsalını dayandırmağa çağırıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Kolumbiya hakimiyyətini ölkədəki narkotik istehsal edən fabrikləri dərhal bağlamağa çağırıb.

Trend-in məlumatına görə, bu barədə D.Tramp jurnalistlərə bildirib.

"Kolumbiyanın yeni lideri problem yaradan insandır. Ona daha ehtiyatlı olmaq yaxşı olar. O, bu kokain istehsalı müəssisələrini bağlasa, daha düzgün olar", - deyə ABŞ prezidenti qeyd edib.

Trampın sözlərinə görə, Kolumbiyada "ən azı üç əsas kokain qaynar nöqtəsi var və biz onların harada olduğunu bilirik, ona görə də onları tez bir zamanda bağlamaq daha yaxşıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti