...

Azərbaycanda COVID-19-a qarşı vurulan peyvəndin ümumi sayı 7 milyonu ötdü

Cəmiyyət Materials 2 Sentyabr 2021 18:54 (UTC +04:00)
Azərbaycanda COVID-19-a qarşı vurulan peyvəndin ümumi sayı 7 milyonu ötdü

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 98 494 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 167, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 327 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 009 933, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 239 851, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 2 770 082 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti