Bakı. Samir Əli - Trend:
Açıq havada maskanın məcburi olacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında bildirib ki, yayılan məlumatlar doğru deyil: "Hələlik Nazirlər Kabineti yanında Operativ Qərargahın belə bir qərarı yoxdur. Buna görə də bu məlumatlar həqiqəti əks etdirmir".