...

Ali təhsil müəssisələrinə qeydiyyatla bağlı alternativ mərkəzlər yaradılıb

Cəmiyyət Materials 6 Sentyabr 2021 18:06 (UTC +04:00)
Ali təhsil müəssisələrinə qeydiyyatla bağlı alternativ mərkəzlər yaradılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Sentyabrın 7-dən ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək. Alternativ qeydiyyat mərkəzlərinin yaradılmasında məqsəd qeydiyyatda çətinlik çəkən abituriyentlərə dəstək göstərməkdir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bundan başqa, qeydiyyatla bağlı suallar yaranarsa, Təhsil Nazirliyinin “Çağrı Mərkəzi”nin 146-5, eləcə də (+994) 51 206 78 48 “Whatsapp” nömrəsi üzərindən müraciət etmək mümkündür.

Alternativ qeydiyyat mərkəzlərinin siyahısı aşağıda təqdim edilib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 7-dən 20-dək qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün abituriyentlər onlayn qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı portal.edu.az platformasından və ya Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti