...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 16 Sentyabr 2021 15:35 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 384 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 311, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 073 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 806 235, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 570 812, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 235 423 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti