...

Siqaret çəkənlər koronavirusu yüngül keçirir? - AÇIQLAMA

Cəmiyyət Materials 23 Sentyabr 2021 00:05 (UTC +04:00)
Siqaret çəkənlər koronavirusu yüngül keçirir? - AÇIQLAMA

Bakı. Elçin Mehdiyev – Trend:

Siqaret çəkən insanların koronavirusu yüngül keçirməsi ilə bağlı cəmiyyətdə fikirlər səsləndirilir və bu da onunla əsaslandırılır ki, nikotin koronavirusun ağciyərə düşməsini əngəlləyir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bu fikirlərin əsassız olduğunu bildirib.

O qeyd edib ki, siqaret çəkməyin və nikotinin xəstəliyin daha yüngül keçməsinə səbəb olması fikri əsaslı deyil:

“Əksinə uzun müddət siqaret çəkən insanların tənəffüs yollarında xronoki iltihablaşma gedir ki, bu da həmin insanlarda koronavirusa yoluxma zamanı daha ciddi ağırlaşmalara səbəb ola bilər”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti