...

Hər birinizin çıxışını həyəcanla izləyirdik - DOST sədri (FOTO)

Cəmiyyət Materials 23 Sentyabr 2021 17:46 (UTC +04:00)
Hər birinizin çıxışını həyəcanla izləyirdik - DOST sədri (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov XVI Yay Paralimpiya Oyunlarının bir sıra mükafatçısı ilə görüşüb.

Ahentlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Fərid Məmmədov qeyd edib ki, paralimpiyaçılarımızın ölkəmizi yüksək səviyyədə təmsil etməsi hər birimizi sevindirdi. Paralimpiya komandamızın oyunları ilk onluqda başa vurması çox ciddi nailiyyətdir.

"Biz Paralimpiya oyunlarında sizin çıxışlarınızı həyəcanla izləyir və qələbələrinizə ürəkdən sevinirdik", - deyə o qeyd edib.

O, DOST Agentliyi tərəfindən əlilliyi olan şəxslərə daim diqqətlə yanaşıldığını qeyd edib və Agentliyin nəzdində Əlilliyi olan şəxslərin hüquqlarının monitorinqi üzrə komissiyanın fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Nüvə itələmə İdman növü üzrə XVI Yay Paralimpiya Oyunlarının qalibi Elvin Astanov qəbula görə Fərid Məmmədova təşəkkürünü bildirib. O qeyd edib ki, vətəndaşlara şəffaf şəkildə xidmət göstərən DOST mərkəzlərinin fəaliyyəti əlilliyi olan şəxslərin də sosial xidmətlərdən daha rahat yararlanmasına imkan yaradır.

Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat katibi Azər Tapdıqov komitə rəhbərliyinin salamlarını çatdırıb və Agentlik ilə Komitənin birgə həyata keçirəcəyi "Çempionlara dəstək" layihəsinin müstəsna əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, əlilliyi olan idmançıların uğurlarının təbliğ edilməsi fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiya olunması üçün şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti