...

AQTA əməkdaşları nar bağında fitosanitar monitorinqlər keçirib

Cəmiyyət Materials 28 Sentyabr 2021 11:35 (UTC +04:00)
AQTA əməkdaşları nar bağında fitosanitar monitorinqlər keçirib

Bakı. Çingiz səfərli - Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri tərəfindən Salyan regional bölməsinin inzibati ərazi vahidinə daxil olan Hacıqabul rayonunun Meyniman kəndi ərazisində yerləşən nar bağında monitorinq həyata keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, 40 hektara yaxın əkin sahəsi olan nar bağlarında aparılan monitorinqlər zamanı aqrokimyəvi maddələrin saxlanması, daşınması və istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə sahibkarlara müvafiq tövsiyələr verilib.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, fitosanitar mübarizə tədbirləri barədə maarifləndirici məlumatlar verilib.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti