...

Sanator-Kurort Reabilitasiya Mərkəzində 1300 qaziyə xidmət göstərilib

Cəmiyyət Materials 28 Sentyabr 2021 15:19 (UTC +04:00)
Sanator-Kurort Reabilitasiya Mərkəzində 1300 qaziyə xidmət göstərilib

Bakı. Çingiz Səfərli - Trend:

2020-ci ilin noyabrın 14-dən bu günə qədər Sanator-Kurort Reabilitasiya Mərkəzində 1300-dən çox Qarabağ qazisinə xidmət göstərilib.

Trend xəbər verir ki, bunu Sanator-Kurort Reabilitasiya Mərkəzinin direktoru Mürsəl Mürsəlov Səhiyyə Nazirliyinin "İnstagram" səhifəsində "Qazilərin reabilitasiyası" mövzusunda təşkil olunan canlı yayımda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ayda 100-150 qazi müraciət edib: "Müraciətlər müxtəlifçaplı mərmi zədələnmələri, travmalarla bağlı olub. Kəllə-beyin travmaları da iki hissəyə ayrılır. 100-150 nəfərdə açıq, 700-750 nəfərdə qapalı kəllə-beyin travması aşkarlanıb. Həmçinin, periferi sinir zədələnmələri, onurğa-beyin zədələnmələri də qeydə alınıb. Bundan başqa, müraciət edən qazilərdə psixoloji problemlər də aşkarlanıb. Bu istiqamətdə də müvafiq müalicələr aparılıb. Bu gün də qazilərin müalicəsi davam etdirilir".

Qeyd edək ki, 2020-ci ilin noyabrın 14-dən etibarən Sanator-Kurort Reabilitasiya Mərkəzi qazilərə xidmət üçün ayrılıb.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti