...

ADPU THİK "Düşmənə dərs keçən müəllimlərimiz" adlı onlayn görüş keçirib (FOTO)

Cəmiyyət Materials 9 Oktyabr 2021 23:34 (UTC +04:00)
ADPU THİK "Düşmənə dərs keçən müəllimlərimiz" adlı onlayn görüş keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) BİO Klubunun təşkilatçılığı ilə oktyabrın 9-da "Düşmənə dərs keçən müəllimlərimiz" adlı onlayn görüş həyata keçirilib.

ADPU-nun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Pedaqoji Universitetin Vətən müharibəsində şəhid olan məzunlarından Şəhid Elgün Əzizovun həyat yoldaşı Tükəzban xanım, Şəhid Rəvan Lətifovun həyat yoldaşı Pünhan xanım, Şəhid İlkin Ağaquluyevin qardaşı Murad Dostuzadə Şəhid Elvin Quliyevin anası Qənirə xanım iştirak ediblər.

Görüş əsnasında videoçarxlar paylaşılıb və Şəhidlərimiz haqqında xatirələrdən söz açılıb.

Görüşdə iştirak edən ADPU THİK sədri Vurğun Məmmədov 44 günlük Şanlı təqvimimizdən söz açmışdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyinin nümayəndələri də görüşdə iştirak etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti