...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 10 Oktyabr 2021 17:49 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 833 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 726, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 107 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 996 778, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 889 178, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 107 600 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti