...

Azərbaycanda 2 102 nəfər koronavirusa yoluxub, 15 nəfər vəfat edib

Cəmiyyət Materials 19 Oktyabr 2021 16:33 (UTC +04:00)
Azərbaycanda 2 102 nəfər koronavirusa yoluxub, 15 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2102 nəfər yoluxub, 863 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 505 554 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 479 675 nəfər müalicə olunaraq sağalıb, 6 793 nəfər vəfat edib, aktiv xəstə sayı 19 086 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 189, ötən müddət ərzində isə ümumilikdə 5 044 744 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti