...

Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 23 Oktyabr 2021 18:14 (UTC +04:00)
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 186 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 647, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 539 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 353 744, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 043 147, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 4 310 597 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti