...

İqtisad Universitetində 2 qrup distant təhsilə keçib

Cəmiyyət Materials 2 Noyabr 2021 12:04 (UTC +04:00)
İqtisad Universitetində 2 qrup distant təhsilə keçib

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində 2 qrup distant təhsilə keçib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq universitetin mətbuat katibi Elnarə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, təxminən 20-yə yaxın tələbədə yoluxma halı qeydə alınıb:

"Yoluxma halı baş verən tələbələrlə bağlı Epidemioloji mərkəzə məlumat göndərilir. 2 qrup 1 həftədir ki, onlayn təhsilə keçib".

Qeyd edək ki, ali təhsil müəssisələrində ənənəvi tədris sentyabrın 29-da başlayıb. Yaşı 18-dən yuxarı olan tələbələrdən universitet binasına daxil olarkən vaksin pasportu və ya immunitet sertifikatı tələb edilir.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti