...

Xəbərsiz itkin düşmə halları ilə bağlı yayılan hər məlumat yoxlanılır - DİN

Cəmiyyət Materials 25 Noyabr 2021 11:05 (UTC +04:00)
Xəbərsiz itkin düşmə halları ilə bağlı yayılan hər məlumat yoxlanılır - DİN

Bakı. Samir Əli - Trend:

Xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların hər biri yoxlanılır, heç bir iddia kənarda qalmır.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, başqa sözlə, artım indeksi müşahidə edilmir.

"Bu halların böyük əksəriyyətində valideynlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə hallar var. Ümumən, yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı polisə daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır.

Valideynlər diqqətli olmalıdır, “övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...”, deyib arxayınlaşa bilməz. Çünki sosial şəbəkələr var, dövr fərqlidir - təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amil diqqətə alınamalıdır."-deyə o qeyd edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti