...

Belçikada səhiyyə işçiləri məcburi vaksinasiyaya qarşı etiraz edirlər

Cəmiyyət Materials 8 Dekabr 2021 03:16 (UTC +04:00)
Belçikada səhiyyə işçiləri məcburi vaksinasiyaya qarşı etiraz edirlər

Trend-i buradan izləyin

Bakı. Trend:

Belçikada minlərlə insan səhiyyə işçilərinin koronavirusa qarşı məcburi vaksinasiya qərarına etiraz edərək, ölkə paytaxtının mərkəzində yürüş keçiriblər.

Trend xəbər verir ki, nümayişlərdə tibb müəssisələrinin dörd minə yaxın işçisi iştirak edir. Onlar əllərində plakatlar və müxtəlif şüarlarla qəbul edilən qərara etirazlarını bildirir. Etirazçılara yanğınsöndürənlər də qoşulub.

Qeyd edək ki, Belçikada yanvarın 1-dən koronavirusa qarşı peyvənd almaqdan imtina edən tibb işçiləri işdən çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti