...

Şuşada məktəbin tikintisinə başlanılacaq

Cəmiyyət Materials 9 Dekabr 2021 12:57 (UTC +04:00)
Şuşada məktəbin tikintisinə başlanılacaq

Bakı. Çingiz Səfərli - Trend:

Şuşada 1 nömrəli məktəbin layihələndirmə işləri yekunlaşıb və tikintiyə başlanılacaq.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

"Ağdam və Cəbrayılda layihələndirmə prosesi başlayıb. Prosesin 2022-ci ilin sonuna qədər bitməsi gözlənilir. Yəqin ki yaxın zamanlarda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı addımların atılması gözlənilir. Bu çox ciddi və böyük prosesdir. Həmin bölgələrdəki məktəb layihələri ən yaxşı layihələrdir. Həm Ağdam, həm də Şuşa məktəbi arxitektur inşaat xüsusiyyətlərinə görə ən müasir məktəblərimizdən olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti