...

Səyyar vaksinasiya məntəqələrinin sayı azaldılıb - SƏBƏB

Cəmiyyət Materials 9 Dekabr 2021 16:46 (UTC +04:00)
Səyyar vaksinasiya məntəqələrinin sayı azaldılıb - SƏBƏB

Bakı. Çingiz Səfərli - Trend:

Səyyar vaksinasiya məntəqələrinin sayı məhdudlaşdırılıb.

Bunu Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.

Onun sözlərinə görə, səyyar vaksinasiyanın əsas məqsədi tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin sürətləndirilməsindən ibarətdir. Hazırda kütləvilik müşahidə olunmadığı üçün səyyar vaksinasiya məntəqələrinin sayı da məhdudlaşdırılıb.

Qeyd edək ki, tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin sürətləndirilməsi məqsədi ilə TƏBİB tərəfindən aprelin 2-dən səyyar briqadalar vasitəsilə də müxtəlif dövlət və özəl qurumlarda, universitetlərdə, iri ticarət mərkəzləri və supermarketlərdə peyvəndlənmə aparılır. Son statistikaya görə, səyyar briqadalar vasitəsilə ümumilikdə 82 mindən artıq şəxs peyvənd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti