...

Xaçmazda FHN işçilərinin peşə bayramı qeyd edilib (FOTO)

Cəmiyyət Materials 16 Dekabr 2021 13:36 (UTC +04:00)
Xaçmazda FHN işçilərinin peşə bayramı qeyd edilib (FOTO)

Bakı. Trend:

İştirakçılar əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Heydər Əliyev mərkəzində keçirilən tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Fövqəladə Hallar Nazirliyinin işçiləri peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. İcra başçısı qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində öz fəaliyyətini uğurla davam etdirir.

FHN-in Şimal Regional Mərkəzinin rəisi polkovnik Şahin Mirzəyev bildirib ki, ötən dövr ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə nazirliyin maddi-texniki bazası daim gücləndirilib, kadr potensialı möhkəmləndirilib.

Çıxış edən digər yerli hüquq mühafizə orqanlarının rəhbərləri Fövqəladə Hallar Nazirliyi işçilərini təbrik ediblər. Xaçmaz rayonunda mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan qorunması, yanğından mühafizə işinin təşkilindən razılqlarını ifadə ediblər.

Sonda Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarında çalışan bir qrup əməkdaş Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti