...

Klinik Tibbi Mərkəzdə min kvadratmetrlik təcili yardım şöbəsi yaradılır

Cəmiyyət Materials 17 Dekabr 2021 15:21 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Klinik Tibbi Mərkəzdə min kvadratmetr sahəsi olan təcili yardım şöbəsi yaradılır.

Trend xəbər verir ki, bunu Klinik Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov “TƏBİB məsləhəti” verilişində deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə Klinik Tibbi Mərkəzdə, həmçinin, ÜST-lə birgə təlim mərkəzinin yaradılması da nəzərdə tutulub.

"Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatı və TƏBİB-in əməkdaşlığı çərçivəsində respublikada 14 təlim mərkəzi yaradılıb. Burada təcili yardım stansiyaları həkimləri üçün ilkin tibbi xidmətin təşkili üzrə təlimlər keçirilir. Qardaş Türkiyənin müxtəlif institutları ilə təcrübə mübadiləsi aparılır", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti