...

İstixanalardan qaz pulunun yığım səviyyəsi 70 faizdir - "Azəriqaz"

Cəmiyyət Materials 17 Dekabr 2021 16:31 (UTC +04:00)
İstixanalardan qaz pulunun yığım səviyyəsi 70 faizdir - "Azəriqaz"

Bakı. Çingiz Səfərli - Trend:

Bu gün Azərbaycandakı istixanalardan qaz pulunun yığım səviyyəsi 70%-dir.

Trend xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev KİV və QHT nümayəndələri ilə təşkil olunan növbəti "Açıq qapı" aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər biz yığım səviyyəsini 80%-ə çatdırmaq niyyətindəyik.

"Mütəmadi olaraq sahibkarlarla görüşlərimiz olur. Görüş zamanı sahibkarlar “Azəriqaz” İstehslat Birliyinə olan borclarını qeyd edirlər. Təəssüflər olsun ki, bəzi sahibkarlar verdiyi vədi tutmurlar. Bu görüşlər o demək deyil ki, biz onların borcunu silməklə məşğuluq. Sahibkarların borclarının silinməsi “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətində deyil" - birlik rəhbəri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti