...

Dekabr ayı üzrə bütün sosial ödənişlər başa çatdırılıb

Cəmiyyət Materials 28 Dekabr 2021 19:48 (UTC +04:00)
Dekabr ayı üzrə bütün sosial ödənişlər başa çatdırılıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı tam ödənilməklə yekunlaşdırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, belə ki, dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, dekabrın 15-də güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiyaları, dekabrın 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımları tam ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti