...

Öldürmüşəm, yaxşı eləmişəm... - Gəlinini amansızlıqla öldürən qayınata (VİDEO)

Cəmiyyət 17 Yanvar 2022 19:38 (UTC +04:00)
Öldürmüşəm, yaxşı eləmişəm... - Gəlinini amansızlıqla öldürən qayınata (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Fərid Zöhrabov - Trend:

Azərbaycanda baş verən və cəmiyyəti silkələyən, ən dəhşətli cinayət hadisələrindən biri də 75 yaşlı qayınatanın - İdris Məhərrəmovun xüsusi amansızlıqla gəlinini öldürməsi idi.

Trend xəbər verir ki, hadisə 2021-ci ilin yanvarın 26-da baş verib. Belə ki, o, gəlinini amansızlıqla ödürdükdən sonra onu hissələrə ayırıb.

İstintaq materiallarına əsasən, İdris Məhərrəmov meyitin baş hissəsinə baxıb əsəbiləşdiyi üçün onun hər iki qulağını, burnunu kəsib, üzünün dərisini soyub, sonra hər iki gözlərini bıçaqla çıxarıb. “Meyitin sifətinə baxıb əsəbiləşdim, buna görə qulaqlarını, burnunu kəsib, gözlərini çıxartdım...”, - deyə o qeyd edib.

İstintaq materiallarında meyitin necə doğranması detallı şəkildə qeyd olunub. Həmin detalları, eləcə də cinayət hadisəsinin təfərrüatını aşağıdakı videodan izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti