...

Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları şəhidin dəfn mərasimində iştirak ediblər

Cəmiyyət 18 Yanvar 2022 16:55 (UTC +04:00)
Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları şəhidin dəfn mərasimində iştirak ediblər

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları Azərbaycan Ordusunun həlak olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun Şəki şəhərində keçirilmiş dəfn mərasimində iştirak ediblər.

Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları Cavidan Məmmədlinin ailə üzvlərinə Müvəkkilin başsağlığını çatdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti