...

AHİK-in rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Cəmiyyət 20 Yanvar 2022 17:18 (UTC +04:00)
AHİK-in rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Bakı. Trend:

Sovet imperiyasının Bakıda törətdiyi qanlı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və AHİK-in digər rəhbər şəxsləri yanvarın 20-də - Ümumxalq Hüzn Günü Şəhidlər xiyabanını ziyarət ediblər.

Konfederasiyadan Trend-ə bildirilib ki, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti