...

Güclü qar səbəbindən Bakı-İstanbul-Bakı axşam reysi ləğv edilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət 24 Yanvar 2022 20:27 (UTC +04:00)
Güclü qar səbəbindən Bakı-İstanbul-Bakı axşam reysi ləğv edilib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

İstanbulda yağan güclü qar səbəbindən Bakı-İstanbul-Bakı (J2 077/078) axşam reysi də ləğv edilib.

Bu barədə AZAL-dan Trend-ə bildirilib.

Ləğv edilmiş reysin sərnişinləri sabah səhər reysinin (J2 075/076) sərnişinləri ilə birlikdə geniş füzelyajlı təyyarə ilə yola düşəcəklər.

Qeyd edək ki, qarın yağması səbəbindən İstanbul hava limanı istiqamətində nəqliyyatın hərəkəti ciddi şəkildə çətinləşib.

***

17:12

İstanbulda əlverişsiz hava şəraiti (güclü qar) səbəbindən AZAL-ın İstanbul-Bakı reysi gecikir.

Bu barədə AZAL-dan Trend-ə bildirilib.

Hazırda reysin sərnişinləri sərnişin terminalının daxilindədir və qida və alkoqolsuz içki ilə təmin olunacaqlar.

İstanbul hava limanının icazəsi olan kimi təyyarə İstanbuldan yola düşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti