...

Sumqayıtda Qadın Resurs Mərkəzi açılacaq

Cəmiyyət 25 Yanvar 2022 11:40
Sumqayıtda Qadın Resurs Mərkəzi açılacaq

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və beynəlxalq təşkilatların dəstəyi ilə 11 Qadın Resurs Mərkəzi və 3 İcma Mərkəzi yaradılıb. Bir neçə gündən sonra daha bir Qadın Resurs Mərkəzi Sumqayıtda açılacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyası (YAP) və parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib.

H.Hüseynova vurğulayıb ki, bu gün sahibkar qadınlar şəhid ailələrinə, qazilər və onların ailələrinə, əlil qadınlara və digər həssas qrupdan olan qadınlara dəstək olurlar.

“Lakin daha yaxşı olardı ki, bu insanlar özləri inkişaf etsinlər, təlimlərə, kurslara cəlb olunsunlar, öz işlərini qura bilsinlər. Onlar təkcə dövlət yardımı almasınlar, eyni zamanda daimi işlə özlərini təmin edə bilsinlər. Bu çox vacibdir, belə olarsa, həmin insanlar özlərini təsdiq edə biləcəklər, həm də dövlətə də dəstək olacaqlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti