...

Yanvarın 27-dən hava şaraiti dəyişəcək - Umayra Tağıyeva

Cəmiyyət 25 Yanvar 2022 12:33
Yanvarın 27-dən hava şaraiti dəyişəcək - Umayra Tağıyeva

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Son günlər Türkiyə, Rusiya və İranda güclü qar yağmaları, hava şəraitinin kəskin pisləşməsi müşahidə olunur. Azərbaycanda isə hava şəraiti hələlik nisbətən mülayim keçir. Qonşu ölkələrdən qarlı hava kütləsi Azərbaycanda gözlənilirmi?

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, Azərbaycanda bu cür kəskin hava şəraiti gözlənilmir.

"Yanvarın 26-dan 27-nə keçən gecədən başlayaraq əvvəlcə Naxçıvan Muxtar Respublikasında, sonra isə qərb rayonlarından başlayaraq hava şəraiti yağıntılı olacaq. Həmin ərazilərdə qar yağacağı gözlənilir. Yanvarın 27-də gün ərzində və 28-nə keçən gecə respublikanın ayrı-ayrı rayonlarında havanın yağıntılı keçməsi, sulu qar və qar yağması gözlənilir. Əsasən dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, qarın intensiv olması planlaşdırılır. Türkiyə və digər ölkələrlə müqayisədə, bu proses daha mülayim və yumşaq olacaq.

Yanvarın 27-si günün ikinci yarısında axşama doğru respublikanın rayonları ilə yanaşı, paytaxtda şimal-qərb küləyi güclənəcək, küləyin sürəti 15-20, arabir 23-25 metr\saniyə olacaq. Yanvarın 28-i gündüz saatlarında hava mülayimləşəcək. Yanvarın 28-i axşam külək kəsiləcək. Sonrakı 2-3 gün ərzində hava şəraiti sabit və mülayim olacaq", - deyə U. Tağıyeva bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti