...

DİN və ADRA antinarkotik təbliğatın səmərəsinin artırılması üçün birgə fəaliyyətə başlayıb

Cəmiyyət Materials 31 Yanvar 2022 23:08 (UTC +04:00)

Bakı. Trend:

Əhalinin müxtəlif təbəqələri arasında antinarkotik təbliğat işinin səmərəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) birgə fəaliyyətə başlayıb.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, birgə fəaliyyətin əsas istiqaməti antinarkotik təbliğatın və ictimai maarifləndirmənin daha da gücləndirilməsi ilə yanaşı narkotiklərin zərərlərini özündə əks etdirən sosial reklamların geniş kütləyə çatdırılmasını təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti