...

Ağcabədidə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Cəmiyyət Materials 4 Fevral 2022 09:04 (UTC +04:00)
Ağcabədidə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, rayon sakini Gülnar Quliyevanın COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.

Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və müalicə aldığı ünvana geri qaytarılıb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti