...

Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı Uşaqlarda Laparoskopik cərrahiyyə mövzusunda çıxış edib

Cəmiyyət Materials 8 Fevral 2022 16:30 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalının  uşaq cərrahı Uşaqlarda Laparoskopik cərrahiyyə mövzusunda çıxış edib

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin yüksəkixtisaslı uzman uşaq cərrahı Vüsal Cəfərov “Uşaqlarda Laparoskopik cərrahiyyə” mövzusunda canlı yayımda çıxış edib. Dr.Vüsal Cəfərovun çıxışını Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. Linki Sizə təqdim edirik. https://youtu.be/Tx0H8MC-uys

Qeyd edək ki, Dr. Vüsal Cəfərov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirdikdən sonra 2011-2016-cı illərdə İstanbul Cərrahpaşa Universitetinin Tibb fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində uzmanlıq təhsili almışdır. Dr. Vüsal Cəfərov 2016-cı ildən etibarən Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı kimi çalışır.

O, dünya mətbuatını mütəmadi olaraq izləyir, tibb elminin nailiyyətləri ilə tanış olur, onları öyrənir və öz təcrübəsində tətbiq edir. Dr.Vüsal Cəfərovun “Xayanın xayalıqdan kənar yerləşməsi” elmi məqaləsi 12 oktyabr 2019-cu il tarixində “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Journal of Pediatric Surgery Case Report” jurnalının online versiyasında ingilis dilində işıqlanıb. Dr. Vüsal Cəfərov Türk Təbiblər Birliyinin, Türk Uşaq Cərrahiyyəsi Dərnəyinin, Türk Hipospadiya Dərnəyinin üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti