...

Xalq Bankdan avtokredit şərtlərinə əla fürsət

Cəmiyyət Materials 11 Fevral 2022 16:06 (UTC +04:00)
Xalq Bankdan avtokredit şərtlərinə əla fürsət

Bakı. Trend:

Xalq Bank yeni avtomobil əldə etmək istəyən şəxslər üçün sərfəli şərtlərlə kredit təklif edir.

7 mayadək davam edəcək kampaniya ərzində “Autolux Azerbaijan” şirkətinin təqdim etdiyi Jeep Grand Cherokee Laredo avtomobilini 20% ilkin ödəniş, illik 10%-lə 5 il müddətinə kreditlə əldə etmək mümkündür.

Qeyd edək ki, unikal yolsuzluq avtomobili sayılan Jeep Grand Cherokee Laredo endirimlə 79 800 manatdan başlayan qiymətlərlə təklif edilir. Avtomobillərin sayı məhduddur.

Bankın digər məhsulları haqqında ətraflı məlumatı bankın rəsmi FacebookInstagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti