Bakı. Samir Əli - Trend:
Ötən il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı istintaq davam etdirilir.
Trend-in məlumatına görə, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
O qeyd edib ki, qəzanın pilotların səhlənkarlığı ucbatından baş verməsi müəyyən edilib.
"Cinayət işi çərçivəsində yol verilmiş digər qanun pozuntularının aşkarlanması əsas hədəfimizdir. Bu iş üzrə yekun qərar qəbul edilməyib", - deyə idarə rəisi bildirib.