...

Bu gündən yaz semestri üçün təhsil kreditinə müraciətlərin qəbulu başlayıb

Cəmiyyət Materials 16 Fevral 2022 09:09 (UTC +04:00)
Bu gündən yaz semestri üçün təhsil kreditinə müraciətlərin qəbulu başlayıb

Bakı. Humay Ağacanova - Trend:

2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu başa çatır. Proses 16 fevral saat 00:00-dək davam edəcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu günədək tələbə krediti üçün 5651 müraciət qeydə alınıb. Onlardan 2447-si rəsmiləşdirilib, təhsil haqqı ödənilib.

Fevralın 16-dan cari tədris ilinin yaz semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbuluna start veriləcək.

Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti