...

Bu yollarda hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 18 Fevral 2022 13:50 (UTC +04:00)
Bu yollarda hərəkət məhdudlaşdırılır

Bakı. Trend:

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yasamal rayonu Bəsti Bağırova küçəsi və Əbdülvahab Salamzadə küçəsinin yan yolunda avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Əbdülvahab Salamzadə küçəsinin yan yolunda (Ceyhun Səlimov küçəsindən Tbilisi prospektinə qədər olan istiqamət üzrə) məhdudlaşma 19 fevral saat 09:00-dan axşam saat 21:00-dək, Bəsti Bağırova küçəsində isə 19 fevral səhər saat 9:00-dan 20 fevral saat 20:00-a qədər davam edəcək.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik",- məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti