...

Bank kartlarını qorumaq üçün nələri bilmək lazımdır?

Cəmiyyət Materials 19 Fevral 2022 11:50 (UTC +04:00)
Bank kartlarını qorumaq üçün nələri bilmək lazımdır?
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Kart sistemləri üçün xeyli təhlükəsizlik tədbirləri görülsə də, kart fırıldaqçılığının qurbanı olan kifayət qədər insan var. Ən kiçik bir səhv və ya diqqətsizlik belə kartınızı təhlükə altına sala bilər. Buna görə də bankınızın öz təhlükəsizlik sistemlərindən əlavə, sizin də fərdi olaraq həm kartınızı, həm də pulunuzu qorumaq üçün bəzi tədbirlər almalısınız.

Kartın şifrəsini, üzərindəki bitmə tarixini, kartın arxasındakı “cvv” kodunu alış-veriş edərkən heç kimlə paylaşmayın. Kartın üzərində olan 16 rəqəmli kod, eləcə də ad və soyadı paylaşaq olar. Bankomatdan kartı aktiv edən zaman şifrə kimi doğum tarixinizi və ya sıralı nömrələri (1,2,3,4) daxil etməyin, nisbətən təxmin edilə bilən şifrələr təyin edin. Bankomatda şifrənizi daxil edərkən heç kimin görmədiyindən əmin olmalısınız. Kartınızı itirsəniz və ya oğurlandıqda bankla əlaqə saxlanılmalı, bu barədə məlumat verilməlidir.

Onlayn alış-veriş edərkən diqqətli olun!

Daxil olduğunuz alış-veriş saytının "https" əlaqəli və "ssl" təhlükəsizlik sertifikatı olduğuna diqqət edin.

Yəni fotoda göstərilmiş işarələr saytın domen adının qarşısında yoxdursa, bu sayt saxta və ya etibarsız ola bilər. Beləliklə, ödədiyiniz vəsait çox asanlıqla oğurlana bilər. Bəzən məşhur alış-veriş saytlarının belə saxta kopyaları yaradılır. Bu işarə isə saxta kopya və orijinal saytı bir-birindən ayırır;

"3D Secure" kod və onun üstünlükləri nələrdir?

- Real vaxt rejimində kart sahibinin şəxsiyyətinin yoxlanılması - ödənişlər zamanı yalnız banka və müştəriyə məlum olan təhlükəsizlik kodu ilə əməliyyatın təsdiqi;

- Dələduzlar tərəfindən kartın internetdə istifadəsinin mümkünsüz olması;

- Dələduzluq əməliyyatlarından qaynaqlanan maliyyə itkilərinin qarşısının alınması;
Texnologiyanı dəstəkləməyən saytlarda baş verə biləcək dələduzluq əməliyyatlarına etiraz hüququ (itki məsuliyyətinin sayt sahibinə ötürülməsi);

"3D Secure" ilə bağlı kartı aldığınız banka müraciət etməyiniz vacibdir, bəzi banklar isə bu xidməti avtomatik şəkildə göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti