...

Qazanbulağın içməli su problemi həll olunur (FOTO)

Cəmiyyət Materials 23 Fevral 2022 17:02 (UTC +04:00)
Qazanbulağın içməli su problemi həll olunur (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Goranboy rayonunun Qazanbulaq qəsəbəsində içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədilə yeni layihə həyata keçirilir.

Bu barədə ASC-dən Trend-ə bildirilib.

Goranboy rayonunun Qazanbulaq qəsəbəsində mərkəzləşdirilmiş içməli su təchizatı sistemi mövcud olmayıb. Qəsəbədə əhali tərəfindən çəkilmiş tikinti normalarına uyğun olmayaraq çəkilmiş xətlər normal su təchizatı aparmağa imkan vermir, su itkilərinə səbəb olurdu.

Qəsəbədə mərkəzləşdirilmiş su təchizatı sisteminin yharadılması məqsədilə yeni layihə hazırlanıb və icrasına başlanıb. “Azərsu” ASC-nin daxili imkanları hesabına icra olunan layihə çərçivəsində 7 km uzunluğunda mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılacaq, 196 ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq. Bununla da su itkilərinin qarşısı alınaraq sudan səmərəli və qənaətlə istifadə təmin ediləcək. Təmir-bərpa, yenidənqurma işləri “Azərsu” ASC-nin 7 saylı Regional Sukanal İdarəsi tərəfindən həyata keçirilir.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, “Azərsu” ASC-nin 7 saylı Regional Sukanal İdarəsinin rəisi Xəqani Vəliyev layihənin icrası ilə yerində tanış olublar. İşlərin keyfiyyətlə aparılması və qəsəbənin içməli su probleminin əsaslı və operativ surətdə həlli ilə bağlı müzakirələr aparılıb, müvafiq tapşırıq və tövsiyyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti