Bakı. Samir Əli -Trend:
Heydər Əliyev prospektində piyadanın vurulması ilə nəticələnən qəza baş verib.
Trend xəbər verir ki, Piyada aldığı xəsarətlərdən yerindəcə ölüb. Hadisə yerinə təcili-tibbi yardım briqadası cəlb olunub.
Hadisə nəticəsində prospektdə sıxlıq yaranıb.
XXX
16:14
Hazırda Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, sıxlıq ağır yol nəqliyyat hadisəsi səbəbindən yaranıb.
Şəhər mərkəzi və “Koroğlu” m/st-sı istiqamətində əsas və köməkçi yollarda avtomobillərin hərəkəti çətinləşib.
Qəza ilə əlaqədar ASK Arenadan Koroğlu istiqamətində zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.