...

Azərbaycanda uşaqlara ən çox bu adlar qoyulur

Cəmiyyət Materials 1 Mart 2022 12:32 (UTC +04:00)
Azərbaycanda uşaqlara ən çox bu adlar qoyulur

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda oğlan və qız uşaqlarına ən çox qoyulan adlar məlum olub.

Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin rəsmisi Nahid Səfərli bu gün keçirilən brifinqdə məlumat verib.

O qeyd edib ki, 2021-ci ildə yeni doğulan oğlan uşaqlarına ilk beşlikdə verilən adlar Əli, Yusif, Uğur, Hüseyn, Məhəmməd olub.

N.Səfərlinin sözlərinə görə, 2022-ci ilin iki ayı ərzində isə oğlan uşaqlarına ən çox Yusif, Əli, Uğur, Hüseyn və Məhəmməd adları verilib.

“Qız uşaqlarına isə 2021-ci ildə ən çox Zəhra, Zeynəb, Aylin, Məryəm və Fatimə adları verilib. 2022-ci ilin iki ayı ərzində də Zəhra, Zeynəb, Məryəm və Fatimə adları üstünlük təşkil edib”, - deyə N.Səfərli vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti